Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:00

-

Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri deyir ki, qurum və Yunanıstan Afinaya yardım barədə yeni razılaşma əldə etməkdən “çox uzaqdır”.

Christine Lagarde aprelin 3-də Yunanıstanın Baş naziri Alexis Tsipras-a yazıb ki, BVF “yalnız etibarlı və real öhdəliklərə əsaslanan proqramı dəstəkləyə bilər”.

“WikiLeaks” saytı bu yaxınlarda yazıb ki, BVF Yunanıstandakı böhrandan yararlanmaqla Afinanı radikal islahatların qəbuluna məcbur etməyə çalışır. Lagarde bunu təkzib edərək deyib ki, “BVF danışıqlarını xoş niyyətlə aparır, hədə yoluna əl atmır”.

Yunanıstan ötən ilin iyulunda Avropa Birliyindən 86 milyard avroluq kredit alıb. Bu, 2010-cu ildən bəri ikinci kreditdir. BVF bildirib ki, islahatlara dair etibarlı dəlil görməsə, üçüncü kreditdə iştirak etməyəcək. Afinadan pensiya və vergi sistemində dəyişikliklər tələb olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG