Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:05

-

Pakistanın şimal-qərbində leysan yağışlarda onlarla ölən olub.

Milli fəlakətlərin idarəolunması üzrə dövlət rəsmisi Latif ur Rehman deyib ki, aprelin 3-də gecə başlayan yağışlar Xıber Paxtunxva vilayətində daşqınlar törədib.

Azı 45 nəfər ölüb, 34 nəfər yaralanıb.

Digər bir rəsmi isə 24-dən çox insanın öldüyünü, 40-dək evin dağıldığını bildirir.

Pakistanda baharda leysan yağışlar tez-tez dağıntılar törədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG