Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:07

Heinrich Böll. Əgər ölülər danışa bilsəydi, müharibə olmazdı


Heinrich Boell

Heinrich Boell

"Qatar vaxtında gəldi" (1949) povestindən fraqmentlər

-

Həyat gözəldir. Bir sözlə desəm, gözəl. Ölməzdən 12 saat əvvəl həyatın gözəl olduğunu başa düşdüm. Çox gec idi.

Naşükür olmuşam. İndi anlayıram, həyat gözəldir.

İnsanın xoşbəxt ola biləcəyini və həyatın gözəl olduğunu inkar edirdim. Özüm xoşbəxt deyildim - puç, beyhudə həyatım vardı, necə deyərlər.

***

Bu iyrənc uniformanın əynimdə olduğu hər an iztirab çəkirdim. Məni canımı boğaza yığan ordu söz-söhbətlərilə məhv etdilər və qanımı öz döyüş meydanlarına axıtdılar.

Üç dəfə yaralandım. Bir dəfə Amenisdə, sonra Tiraspolda və sonuncu dəfə Nikopolda. Gördüyüm irin, qan, pox-püsür oldü, iylədiyim kir-pas oldu, eşitdiyim şikayətli donquldanmalar, tərbiyəsiz söhbətlər oldu.

***

Onlar müharibəni şərəfli bir şey kimi göstərir və xüsusi uniforma geyinirlər. Biz müharibəni şişirtmirdik. Onu sadəcə namus sənəti sayırdıq, maaşımızı almasaq da iş başında idik, əynimizdə öz paltarlarımızla, həkim, mer, yaxud fahişə paltarıyla.

Bu əsgərlər isə adamqorxudan geyim geyinir, müharibəni şərəfli bir şey sanır və öz ölkələri uğrunda döyüşə gedirlər. Dəhşətli zəmanədir 1943. Müharibədə hər bir ölüm - qətldir və kimsə bu qətlə görə cavabdehdir.

***

Müharibə gecələrində olduğu kimi, hər şey soyuq və həyatsız idi, ətrafa baxmaq insanı təhdid edirdi, hər yan insanı ələ salan qəddarlıqla dolu idi – döyüş meydanlarının çirkli səngərləri, saysız şəhər türmələri, - tükürpədən müharibə gecələrinin dəhşəti səhərəyaxın saat 4-də öz zirvəsinə qalxırdı. O dəhşətli müharibə gecələri.

If the dead could speak there would be no more war.
Read more at: http://www.azquotes.com/author/18782-Heinrich_Boll
If the dead could speak there would be no more war.
Read more at: http://www.azquotes.com/author/18782-Heinrich_Boll

Günün bütün mövzuları

XS
SM
MD
LG