Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:16

-

Bakıda yay vaxtına keçidin ləğv olunmasına baxmayaraq, Formula q yarışları 24 saatlıq Le Man oyunları ilə toqquşacaq. Bunu “Eurosport” saytı yazır.

Yay vaxtına keçidin ləğvi o deməkdir ki, Formula 1 yerli vaxtla 5-də başlayacaq, ilkin planlaşdırıldığı kimi, 6-da deyil. İndi Avropayla 2 saat fərqi var. Yəni Le Man bitən kimi, dərhal Formula 1 başlanır.

"Formula 1" yarışlarının təşkilatçısı "Bakı Grand Prix" şirkətinin rəhbəri Arif Rəhimov deyib ki, bu barədə bir həftə öncə şifahi razılaşma əldə ediblər. “İndi artıq təsdiqlənib, yəni biz saat 5-də başlayacaq. Bu zaman Avropada saat 3 olur və Le- Man da bitir”.

Əvvəl təklif olunub ki, Formula 1 elə 6-da başlasın. Yəni Avropa vaxtıyla saat 4 olsun və Le- Man-ın bitməsindən sonra bir saatlıq fasilə yaransın. Ancaq Rəhimovun sözlərinə görə, bunu etmək mümkün deyil, onda yarış çox gec başlamalı olacaq, günün batmasına cəmi 2 saat yarım qalacaq.

Arif Rəhimovun sözlərincə, bu, Azərbaycan üçün texniki baxımdan elə bir fərq yaratmır, yəni yarış bitməmişdən onsuz da qaranlıq düşəcək. “Əməliyyatları bir saat geri çəkdik, ancaq yenə də elə də böyük problem deyil”.

Şirkət rəhbəri onu da deyib ki, hökumətin planlarından bir neçə həftə öncə xəbər tutublar və Avropa qurumları ilə dəyişiklik barədə danışıqlara gediblər. “Martın 27-dək yay vaxtının ləğvinin təsdiqlənəcəyini bilmirdik, sonucda belə bir qərar verildi”.

XS
SM
MD
LG