Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:56

Dəm qazının Gəncədə can aldığı deyilir


-

Gəncədə dəm qazından daha bir ölüm hadisəsinin olduğu bildirilir. “APA” informasiya agentliyinin xəbərinə görə, hadisə şəhərin “DOS 102” yaşayış massivində qeydə alınıb.

Şəhər sakini 26 yaşlı Elyar Musayev, hələlik, şəxsiyyəti məlum olmayan qızla evin vanna otağında huşsuz vəziyyətdə aşkar edilib.

Onları dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırsalar da, qızın həyatını xilas etmək mümkün olmayıb. E. Məmmədovun vəziyyəti isə ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Onların dəm qazından zəhərləndikləri ehtimal edilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Azərbaycanda qış aylarında dəm qazından tez-tez ölüm halları baş verir. Mətbuatın yazdığına görə, təkcə mart ayında Azərbaycanda 20-yə yaxın şəxs dəm qazından boğularaq ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG