Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:30

Əliyev ailəsinin ofşor şirkətlərə bağlılığı


Mossack Fonseca & Co şirkətinin müştərilərə məktubu

Mossack Fonseca & Co şirkətinin müştərilərə məktubu

-

Azərbaycan Prezidenti İlham Əliyev ailəsinin gizli ofşor şirkətlərə bağlılığı üzə çıxıb. Bunu Mossack Fonseca adlı Panama hüquq firmasından sızdırılmış sənədlər ortaya qoyub.

Aprelin 3-də jurnalistlərin beynəlxalq konsorsiumu bu hüquq şirkətinin son 40 ildə yaratdığı 214 min ofşor şirkət barədə sənədlərlə bağlı ilkin qənaətini yayıb. https://panamapapers.icij.org/the_power_players/
Tapıntılara görə, Əliyevin həyat yoldaşı Mehriban Əliyeva 2005-ci ildə bir Panama ofşor şirkətinin iki menecerindən biri təyin olunub. Həmin şirkət də Azərbaycanın AtaHoldinq konqlomeratını idarə edir. Əliyevin üç övladı və yüksək rütbəli vergi rəsmilərinin adı bir sənəddə benefisiar kimi keçir, ancaq həmin təklifin sonucda rəsmən qəbul olunub-olunmaması bəlli deyil.


Əliyevin iki qızı bir Panama şirkətini idarə edib, həmin şirkət Azərbaycanın qızıl yataqlarını işləyən şirkətlər qrupunda böyük paya yiyələnib.

Prezident Əliyevin bacısının adı 2005-ci ildə Britaniyanın Vircin adalarında yaradılmış şirkətdə əsas payçı kimi hallandırılır. Firmanın qeydiyyat ünvanı kimi Sevil Əliyevanın Londonun Qərbindəki dəbdəbəli məhəllədə yerləşən ev ünvanı göstərilib.

XS
SM
MD
LG