Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:02

-

Avropa Birliyi ilə Türkiyə arasında miqrantlarla bağlı razılaşma qüvvəyə minəndən sonra Türkiyə və Yunanıstanda etiraz aksiyaları başlayıb.

Yunanıstanın Polykastro şəhərində minlərlə miqrant avtomobil yolunu bağlayıb. Onlar Qərbi Avropa ölkələrindən sərhədi açmağı tələb ediblər:

“Onlar nə üçün qapıları üzümüzə bağlayırlar? Bizim ölkəmizdə müharibə gedir. Sizin ölkənizdə müharibə olsaydı neyləyərdiniz?”

İdomeni yaşayış məntəqəsində isə miqrant düşərgəsi salınmasına etiraz olaraq yunanlar etiraz aksiyası keçirib. Etirazçılar bildirib ki, qaçqınların çadırlarnın əkin sahələrinə qədər yayılmasına görə yerli sakinlər əkib-biçinlə məşğul ola bilmirlər.

Türkiyənin İzmir şəhərində də yerli sakinlərin etiraz aksiyası keçirib. Onlar şəhərin Dikili yaşayış məntəqəsində Avropadan qaytarılacaq miqrantlar üçün düşərgə salınacağına etiraz ediblər.

Türkiyə ilə Avropa Birliyi arasında əldə olunmuş razılaşma aprelin 4-dən qüvvəyə minəcək.

Həmin razılaşmaya görə, bundan sonra sənədələri qəbul olunmayan miqrantlar Avropdan Türkiyəyə göndəriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG