Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:50

-

«Cənub Qaz Dəhlizi»nin səhmdarları layihənin maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə institutlarından daha 2 milyard dollar cəlb etməyi planlaşdırır.

«Trend» bu xəbəri SOCAR prezidenti Rövnəq Abdullayevə istinadən yayıb.

Ötən ay bu şirkət 10 il müddətinə 1 milyard dollar həcmində avroistiqrazların ilkin yerləşdirilməsini həyata keçirmişdi.

Rövnəq Abdullayevin deməsinə görə, daha 2 milyard dollar vəsaiti ilin sonunadək cəlb etmək planlaşdırılır.

«Danışıqlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və digər beynəlxalq maliyyə institutları ilə aparılır. Vəsaitləri çox aşağı faizlə 20 il müddətinə cəlb etmək planlaşdırılır. Bu, layihənin reallaşdırılmasına şəxsi vəsaitlərimizi qoymamaq imkanı verəcək»,-deyə o bildirib.

«Cənub Qaz Dəhlizi» QSC 2014-ci il fevralın 25-də prezidentin sərəncamı ilə yaradılıb. Səhmlərinin 51 faizi İqtisadiyyat Nazirliyinə, 49 faizi isə SOCAR-a məxsusdur.

«Cənub Qaz Dəhlizi» QSC-nin buraxdığı istiqrazların beynəlxalq maliyyə bazarlarında yerləşdirilməsi üçün «Citi Bank», «UniCredit», «JP Morgan» banklarından ibarət sindikat səlahiyyətləndirilib.

«Lazard Freres SAS» şirkəti isə Azərbaycan tərəfinin maliyyə məsləhətçisi rolunda çıxış edir.

«Cənub Qaz Dəhlizi» layihəsi «Şahdəniz» yatağından Azərbaycan qazının Avropaya nəql edilməsini nəzərdə tutur. Uzunluğu 3500 km olan bu qaz xəttinin yaxın 3-4 ildə başa çatdırılması nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG