Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:16

ANS-Teleradio Şurası çəkişməsi bitmir


ANS
ANS

-

ANS telekanalının Milli Teleradio və Yayım Şurasına qarşı məhkəmə çəkişmələri davam edir. Telekanal Səbail Məhkəməsinin onların əleyhinə çıxardığı 3 qərardan apellyasiya şikayəti verib.

«Report»un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsi hər üç şikayətə aprelin 8-də baxacaq. Şikayətlər həmin məhkəmənin hakimləri Əmir Bayramov, Həsən Əhmədov və Rizvan Səfərovun icraatına verilib.

Milli Teleradio Şurası son 2 ildə ANS-in cəzalandırılmasını nəzərdə tutan 26-dan çox qərar qəbul edib. Telekanal isə hələ ötən il Səbail Məhkəməsində 8 iddia qaldıraraq Şura sədri Nuşirəvan Məhərrəmlinin ona xəbərdarlıq edilməsi və cərimələnməsini nəzərdə tutan qərarlarının ləğvini istəmişdi. Rayon məhkəməsi telekanalın bütün iddialarını rədd etmişdi. Bakı Apellyasiya Məhkəməsi isə birinci instansiya məhkəməsinin qərarlarını ləğv edib yenidən baxılmaq üçün rayon məhkəməsinə qaytarmışdı.

Səbail Məhkəməsi ikinci baxış zamanı telekanalı haqlı saymış, Şuranın üzərinə ANS barəsində qərarlarına yenidən baxmaq vəzifəsi qoymuşdu. Şura isə qərarlarını dəyişməmişdi.

Şuranın qərarlarından növbəti dəfə məhkəməyə müraciət edən telekanalın iddiaları bu dəfə isə təmin olunmamışdı. Hazırda həmin qərarlardan verilən apellyasiya şikayətlərinə baxılır.

XS
SM
MD
LG