Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:58

-

«Azərbaycan nüvə materiallarının qanunsuz daşınmasının qarşının alınmasında etibarlı milli ixrac nəzarət sistemi yaradıb».

Prezident İlham Əliyev Vaşinqtonda keçirilən 4-cü Nüvə Təhlükəsizliyi Sammitində çıxışı zamanı belə deyib. Bu haqda president.az saytı məlumat verir.

İlham Əliyev Azərbaycanda beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində milli ixrac nəzarəti sistemini yaradıldığını qeyd edib. Onun deməsinə görə, bu sistem nüvə materiallarının qanunsuz daşınmasının önlənməsində etibarlı bir mexanizmdir. Ölkə başçısı həmçinin, Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərinin bir hissəsinin işğal altında, nəzarətsiz olduğunu da yada salıb.

«BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Amma bu qətnamələr kağız üzərində qalmaqdadır», - deyən ölkə başçısı sammit iştirakçılarının diqqətini Ermənistanın 1976-cı ildə inşa etdiyi Atom Elektrik Stansiyasının istismarına çəkib:

«Bu stansiya köhnələn reaktorunu soyutmaq üçün su qıtlığı yaşanan çox seysmik bir zonada yerləşir və region üçün birbaşa təhlükə doğurur. Atom Elektrik Stansiyasını istismardan çıxarmaq əvəzinə Ermənistan ondan 2026-cı ilə qədər istifadə etməyi planlaşdırır. Bu isə o deməkdir ki, bütöv region, o cümlədən Ermənistanın özü də növbəti on il ərzində təhlükə içində yaşayacaq».

İlham Əliyev beynəlxalq birliyi Atom Elektrik Stansiyasının fəaliyyətinin dayandırılması üçün Ermənistana təzyiq göstərməyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG