Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:39

-

"Təyyarənin kabinəsinə çatanda yanıldığımı anladım. Həmin yaşlı kişi təyyarənin qapısından keçərkən az qaldı məni hündürdən yerə yıxsın."

"Soruşdum: Necə ola bilir, gedəndə nə İstanbulda, nə Tiranadakı hava limanlarında heç bir problem yaşamadığım halda, sizin aeroport belə başısoyuq və alçaq obrazla yadda qalır, bu nə xidmətdir?!"

Orxan Adıgözəl

AZAL-ın xidmət qabiliyyəti

Bir neçə il öncə Albaniyada keçirilən təlimdən ölkəmizə qayıdanda hava limanında sarsıntı keçirdim. Sarsıntıma səbəb istifadə etdiyim əlil arabamın yük çantalarının dövr edib gəldiyi yerdə islanmış və böyrü üstə atılmış formada mənə tərəf gəldiyini görməyim oldu.

Bir çoxları başa düşməyə bilər, amma gəzə bilməyən adam üçün o araba bir növ bədənin ayrılmaz orqanı kimidir. O, gəzə bilməyən biri üçün bu işi bilavasitə yerinə yetirən funksianal alətdir. Necə ki, gözləri zəif görən birinə eynəksiz yaşamaq çətindir, eləcə də gəzə bilməyən adam üçün əlil arabası olmadan yaşamaq o cür çətin olur.

Bakı hava limanı

Bakı hava limanı

Həm də mənim əlil arabam elektrik arabadır. O, enerji işləyir, akkumulyator vasitəsilə işə düşür.

Arabamın sağ tərəfində əlimin yanında joystick(əllə idarəedici kiçik qurğu) var.

Arabamı məhz joystick vasitəsilə idarə edirəm. O da islanmışdı və bəxtim gətirdi ki, xarab olmadı.

Onun xarab olması lap pis olardı. Çünki əlil arabası joystick-inin içindəki elektrik panel bizdə tapılmır. Xaricdən sifariş isə əsl həngamədir. Bir də gördün, sifarişlə gələn panel arabaya uyğun gəlmədi. Ümumiyyətlə, Azərbaycanda elektrik əlil arabalarını təmir edən usta tanımıram. Nə isə.

Ukrayna. Xarkov meri Hennadiy Kernes Xarkov aeroportunda

Ukrayna. Xarkov meri Hennadiy Kernes Xarkov aeroportunda

Yaxınlaşdım Heydər Əliyev adına hava limanının məsul işçilərinə və bildirdim ki, şikayətim var.

Soruşdum: Necə ola bilir, gedəndə nə İstanbulda, nə Tiranadakı hava (Albaniyaya uçuş Türkiyə vasitəsilə oldu) limanlarında heç bir problem yaşamadığım halda, sizin aeroport belə başısoyuq və alçaq obrazla yadda qalır, bu nə xidmətdir?!

Məni dinlədilər və sonda dedilər ki, şikayətinizi rəsmi saytımıza yazın. Üzlərindən laqeydlik yağan həmin iki şəxs məni sadəcə “yola verirdilər”. Bu, açıq hiss olunurdu. Şikayət etsəm də. AZAL-dan heç bir cavab almadım.

Keçən il(2015) iyunun əvvəllərində Kiyevə səfərim olmuşdu. Bakıdakı hava limanında yaşanmış olayı yazmamış, bir şeyi yada salım.

Hər dəfə bilet alanda hava limanında mənə təyyarənin içinə qədər getmək üçün “wheelchair assistance”(əlil arabası yardımçısı) xidmətinin olmasını xahiş edirəm. Bu işçilər arabamı təyyarənin kabinəsinin ağzına qədər gətirir, məni məxsusi ensiz arabaya mindirib, təyyarənin içinə aparıb, orada mənə məxsus oturacağa oturmama kömək edirlər.

Təyyarə yenə enəndə də eyni qaydada məni geri qaytarırlar. Arabam təyyarənin baqajına verilir.

Bu ixtisaslaşmış peşə üçün demək olar, bütün dünyadakı hava limanlarında ştat mövcuddur. Bizim ölkədə isə onlar demək olar ki, bütün sahələr kimi, ixtisaslaşmış yox, saxtalaşmış formada fəaliyyət göstərirlər.

Kiyevə gedən təyyarəmiz səhər tezdən yola düşürdü. Bu dəfə mənə kömək edən şəxs qismində yaşı 60-a yaxın bir kişi ayırmışdılar. Görünüşündən açıq şəkildə halsızlıq hiss olunurdu. Onun mənə necə kömək edəcəyi barədə əvvəlcədən götür-qoy aparmadım. Düşündüm ki, bu vəzifəylə məşğuldursa, deməli, işinin öhdəsindən gələ bilən adamdır.

AZAL

AZAL

Təyyarənin kabinəsinə çatanda yanıldığımı anladım. Həmin yaşlı kişi təyyarənin qapısından keçərkən az qaldı məni hündürdən yerə yıxsın. Onu işini axıra kimi yerinə yetirməyə qoymadım. Adam məni tuta bilmirdi. Geri sürməsini tələb etdim. Böyük stress və əsəb keçirtdim.

Məni yenidən içəri aparmaq istəyəndə yenə eyni davranışla qarşılaşdım. Onu yenə dayandırdım. Axırı, mənə təyyarədəki sərnişinlərdən bir neçə cavan oğlan kömək etdi. Mənə görə təyyarə 5 dəqiqə gec havalandı.

Əslində bu gecikməyə əsas səbəb mən deyildim. Mən sadəcə öz təhlükəsizliyimi qorumağa çalışdım.

Hər kəs gücü çatdığı qədər işləməli, çalışmalı, özünü və ailəsini maddi cəhətdən dolandırmalıdır. Bu, başadüşüləndir. Amma bir nəfərin fiziki imkanı çalışdığı işə uyğun gəlmirsə demək ki, o iş həmin adamlıq deyil.

Onu işə götürən müdir, rəhbər işə götürdüyü adamın fiziki kriteriyalarını əvvəldən gözdən keçirib, müəyyənləşdirməli və sonra elə adama iş verməlidir ki, həmin adam həqiqətən, lazımınca öz işinin öhdəsindən gələ bilsin.

Ölkəmizdə hamı öz ixtisası və qabilliyətinə uyğun yerlərdə işləmir. Ona görə “Əlinin papağı Vəlinin başında, Vəlinin papağı da Əlinin başındadır”.

Bu yaxında Polşaya uçarkən mənə fiziki gücü yerində olan “wheelchair assistance” ayırdılar. Adam işinin öhdəsindən çox yaxşı gəldi. Ondan soruşdum həmin yaşlı kişi burada yenə işləyirmi, cavabında o da narazı halda dilləndi ki, onun arvadı kişini işdən çıxarmaq istəyən kimi birbaşa “yuxarıya” yazır ki, ərimi işdən çıxmağa qoymayın.

“Yuxarı” deyəndə o, AZAL-ın şefi Cahangir Əsgərovu nəzərdə tutduğunu dedi. Gör haa, işə bir bax. Arvadının məktubunun təsir gücü kriteriya, peşəkarlıq hərləmir. Doğrusu, bu duruma söz tapa bilmirəm.

Xidmət qabiliyyətləri keçən il itən Malayziya təyyarəsi kimi yoxa çıxıb. Əvvəldən olan-qalan qabiliyyətləri də AZAL-ır.

Keçən ay(20 mart) təyyarədən yerə enən kimi AZAL-ın bayram “sürpriz”-i ilə qarşılaşdım.

Əlil arabamın sol küncünün dəmirini əyiblər. İndi onu düzəltdirmək üçün 20-30 manatımdan keçməli olacam.

Xaricdə belə şeylər olanda əlil arabasına zərər verdiyinə görə cavabeh qurum əgər təmir mümkünsüzdürsə, hətta yeni araba da alır.

Bir tanışım azyaşlı uşağı ilə səfər edərkən AZAL-ın işçilərinin səriştəsizliyinə görə övladının uşaq arabası sınmış və orada da məsuliyyətdən qaçan qurum heç bir ödəniş və təmir xidməti təqdim etməmişdi.

Bunlara Avropa oyunlarından əvvəl də, sonra da yerli və xarici təlimçilər əliliyi olan insanarla və ən əsas əlil arabasından istifadə edən şəxslər barədə təlimlər keçsə də, xeyiri yoxdur ki, yoxdur.

Xidmət qabiliyyətləri keçən il itən Malayziya təyyarəsi kimi yoxa çıxıb. Əvvəldən olan-qalan qabiliyyətləridə AZAL-ır. Allah axırımızı xeyir eləsin!

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG