Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:45

-

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı yeni məlumat yayıb.

Məlumatda qeyd edilir ki, aprelin 2-si gün ərzində Azərbaycanın bütün cəbhəboyu mövqeləri və yaşayış məntəqələri intensiv atəşə məruz qalıb. Mülki əhali arasında ölən və yaralananlar var.

«Mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edib. Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti yarılıb. Strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri tam azad olunub»,-deyə Müdafiə Nazirliyi bildirir.

Məlumatda həmçinin qeyd edilir ki, Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan məntəqəsi təmizlənib: «Horadiz şəhərinin təhlükədən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli «Lələ təpə» yüksəkliyi də bölmələrimizin nəzarətinə keçib. Hazırda həmin yüksəkliklər və yeni müdafiə xətti boyu müvafiq gücləndirmə tədbirləri həyata keçirilir. Yeni səngərlər qazılır və mövqelərdə möhkəmləndirmə işləri aparılır».

«MI-24» HELİKOPTERİ VURULUB

Məlumatda daha sonra qarşılıqlı itkilərdən bəhs edilir. «Döyüşlərdə qarşı tərəfə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib. O, cümlədən yüzdən çox hərbi qulluqçu ölüb və yaralanıb. Döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu həlak olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd «Mi-24» helikopteri qarşı tərəfdən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb», - deyə Azərbaycan Müdafiə Nazirliyi bildirir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG