Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:15

«Putin bizim Prezidentdir!», «Obama Rusiyanın əsas düşmənidir!»


Moskvada Kremlyönümlü fəlların aksiyası - 2014
Moskvada Kremlyönümlü fəlların aksiyası - 2014

-

Putin-i dəstəkləmək üçün aksiya keçirmək istəyirsiniz? Əla! Olar.

Obama-nı Rusiyanın bir nömrəli düşməni kimi pisləyən aksiya? Buyurun, o da olar.

Putin-i istefaya çağıran aksiya keçirmək? Dünyasında olmaz!

Təxminən iki il əvvəl Rusiya prezidenti Putin kütləvi aksiyaların bəzi formaları üçün cərimələri sərtləşdirən bir qanun imzalayıb. Ural dağlarının qoynunda yerləşən Yekaterinburq şəhərinin 66.ru xəbər portalının jurnalistləri özünəməxsus yolla həmin qanunun qəribəliklərinə diqqət çəkiblər.

Sözügedən qanun 2011-ci və 2012-ci illərdə mübahisəli parlament seçkilərinə və Putin-in üçüncü dəfə Kremlə qayıtması ilə nəticələnmiş səsverməyə etiraz olaraq Moskvada keçirilmiş genişmiqyaslı nümayişlərdən sonra qəbul edilmişdi. Putin 2000-ci ildə hakimiyyətə gəldiyi vaxtdan belə böyük etiraz aksiyaları ilə üzləşməmişdi.

«DEMOKRATİYA SINAĞI» LAYİHƏSİ NƏLƏRİ ÜZƏ ÇIXARDI

Yekaterinburqun hakim partiyanın çoxluq təşkil etdiyi yerli qanunverici orqanı ötən il daha bir akt qəbul edib. Etiraz aksiyasının xarakterini müəyyən etmək səlahiyyətini tamamilə region qubernatorunun ixtiyarına buraxıb. Yekaterinburqlu jurnalistlər isə ilin sonunda keçiriləcək seçkilər ərəfəsində rəhbərliyin hansı aksiyalara yaşıl işıq yandıracağını müəyyənləşdirmək üçün «Demokratiya Sınağı» adlı layihə həyata keçiriblər.

Onlar 18 spesifik siyasi mövzu fikirləşib. Hər biri üçün ayrılıqda regionun İctimai Təhlükəsizlik Departamentinə müraciət ünvanlayıblar ki, bəs filan mövzuda aksiya keçirmək istəyirik. 66.ru saytının məlumatına görə, əvvəlcə müraciətlər xırda texniki qüsurlardan dolayı geri qaytarılıb.

OMON Moskvada müxalifət fəallarını saaxlayır - 2012
OMON Moskvada müxalifət fəallarını saaxlayır - 2012

Qüsurlar aradan qaldırıldıqdan sonra ərizələr təkrar təqdim olunub. Bir neçə gün sonra alınan cavabdan bəlli olub ki, hakimiyyət təklif edilən mövzulardan üçü üzrə aksiya keçirilməsinə icazə vermir. Bunlar «Putin-ə istefa!», ABŞ-ın Rusiyaya qarşı sanksiya siyasətinin sərtləşdirilməsi və Prezidentin region üzrə nümayəndəsinin geri çağırılmasını tələb edən aksiyalar olub.

Bu aksiyalara icazə verilməməsinə səbəb kimi göstərilib ki, onlar federal konstitusiyaya ziddir. Həm dədövlətin təhlükəsizliyinə xələl gətirmək məqsədi daşıyan aksiyalar kimi qəbul edilmə ehtimalı göstərilib.

YAŞIL İŞIQ HANSI AKSİYALAR ÜÇÜN YANIR?

Keçirilməsinə icazə verilən aksiyalar isə bunlar olub: «Vladimir Putin bizim Prezidentdir!» və «Obama Rusiyanın əsas düşmənidir!». Bunlardan savayı, yerli millət vəkillərini tənqid edən «Deputatlar xalqın düşmənləridir!» və onları dəstəkləyən «Onlar söz verdilər və etdilər!» aksiyalarına, habelə tamamilə neytral mövzuda olan «Sverdlovsk regionunun xoşbəxt gələcəyi naminə!» şüarlı aksiyaya da yaşıl işıq yandırılıb.

Əslində, heç bir aksiya keçirmək niyyətləri olmayan jurnalistlər sonda müraciətlərini geri götürüblər. «Biz siyasi şüarlar altında seçkiqabağı müharibəyə qoşulmaq fikrində deyilik. Sadəcə olaraq, indi hamı bildi ki, Yekaterinburqda hansı mövzuda mitinq və ya piket keçirmək olar, hansında yox», -- deyə onlar bildiriblər.

XS
SM
MD
LG