Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:40

Miqrantların Türkiyəyə qaytarılmasına başlanılır


Yunanıstanda qaçqınlar.

Yunanıstanda qaçqınlar.

-

Aprelin 4-dən qanunsuz olaraq Türkiyədən Yunanıstana keçən miqrantların geri qaytarılmasına başlanılacaq.

Razılaşmaya görə, Türkiyədən qanunsuz olaraq Yunanıstana keçənlərin sənədləri qəbul olunmasa, onlar yenidən Türkiyəyə göndəriləcək.

Avropa Birliyi ilə Türkiyə arasındakı razılaşma Avropaya qanunsuz keçən miqrant axının qarşısını almaq üçündür.

Avropa Birliyi ilə Türkiyə arasında imzalanan miqrant razılaşması ilə bağlı Yunanıstan narahatdır. Yunanıstan bildirir ki, əsas narahatlığı Yunanıstandan Türkiyəyə göndəriləcək qaçqınlarla bağlı Türkiyədəki hazırlıqların yetərli olmamasıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG