Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:26

İlham Əliyev Thomas Shannon-la görüşüb


ABŞ
ABŞ

-

Prezident İlham Əliyev Vaşinqtonda ABŞ dövlət katibinin müavini Thomas Shannon ilə görüşüb. Bu haqda president.az saytı xəbər verir.

Görüşdə ölkələrarası ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişaf etdiyi qeyd olunub. İlham Əliyev ABŞ-a səfərinin yekunları ilə bağlı fikirlərini bölüşərək məmnunluğunu ifadə edib, səfərin uğurlu olduğunu deyib.

Prezident, həmçinin, səfər zamanı keçirilən görüşlərin strateji əməkdaşlığa əsaslanan ikitərəfli münasibətləri yeni mərhələyə daşıdığını söyləyib.

Thomas Shannon isə iki ölkə arasında münasibətlərin bundan sonra da uğurla genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə Dağlıq Qarabağ münaqişəsi, energetika, iqtisadiyyat, ticarət sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün martın 31-dən ABŞ-da səfərdədir.

XS
SM
MD
LG