Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:12

Metroda tutulan Belarus vətəndaşı həbs edildi


Bakı metrosu
Bakı metrosu

-

Nərimanov rayon Məhkəməsində Bakı metrosunda saxlanılan Belarus vətəndaşı Sergey İlyevskiy barəsində həbs qərarı verilib.

«Report»un xəbərinə görə, məhkəmə S.İlyevskiy barəsində iki aylıq həbs qərarı çıxarıb. Qərardan narazı qalan Belarus vətəndaşı apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Martın 25-i saat 01.30-da Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayının əməkdaşları Belarus vətəndaşı S.İlyevskiyi saxlamışdı. Onun Bakı Metropoliteninin havalandırma sisteminin borusu ilə həmin obyektə keçmək üçün dəmir barmaqlıqları xüsusi alətlə kəsmək istəyərkən saxlanıldığı deyilirdi.

S.İlyevskiy ifadəsində deyib ki, metropolitenin tunelinə girib, divarlara qrafiti üslubda rəsmlər çəkmək istəyib.

XS
SM
MD
LG