Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:07

“İranın sanksiyaların götürülməsindən sonra yenidən qlobal iqtisadiyyata qoşulmasına vaxt lazım olacaq”.

Bunu ABŞ prezidenti Barack Obama aprelin 1-də Vaşinqtonda deyib.

“İranın dünya iqtisadiyyatına inteqrasiyası vaxt tələb edir, amma İran artıq yekun nüvə sazişindən sonra bunun bəhrəsini görməyə başlayıb”, deyə Obama vurğulayıb.

İranın ali dini lidri Ayatollah Ali Khamenei bu yaxınlarda ABŞ-ı nüvə sazişinin şərtlərinə əməl etməməkdə günahlandırıb.

O bildirib ki, Vaşinqton sankisyaları kağız üzərində ləğv edib, əslində onlar işləyir.

Qeyd edək ki, aparıcı 6 dünya ölkəsi ilə İran arasında nüvə sazişi ötən ilin iyulunda imzalanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG