Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:22

-

Daxili işlər naziri Ramil Usubov aprelin 15-də polis orqanlarında mülki işçi vəzifələrinə seçilmək istəyənlərin növbəti sıra baxışını keçirəcək. Daxili İşlər Nazirliyinin saytı bu haqda xəbər verir.

Xəbərə görə, nazir Sumqayıt, Abşeron, Qobustan, Qubadlı və Zəngilan polis orqanlarında vakant sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbul olmaq istəyənləri baxışdan keçirəcək.

Seçimə boyu 175 santimetrdən yuxarı, 20-24 yaşlarında, özü və yaxınları məhkum olunmamış vətəndaşlar buraxılacaq. Tələblərə cavab verən və işə qəbul edilən vətəndaşlar polis orqanlarının vəzifəli şəxslərinin rəhbərliyi altında ictimai asayişin qorunmasına cəlb olunacaqlar. Onlar, xüsusi geyim forması, daxili işlər orqanlarında çalışan mülki işçilər üçün müəyyən olunmuş təminatlar əldə edəcəklər. Seçim zamanı 2 il ərzində ictimai asayişin qorunmasında polislə əməkdaşlıq etmiş şəxslərə üstünlük veriləcək.

Nazirliyin xəbərində həmçinin, R. Usubovun "İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə" ölkə başçısının fərmanının icrası çərçivəsində mülki işçilər seçəcəyi də bildirilib.

Prezident martın 3-də gəncləri polislə əməkdaşlığa həvəsləndirən fərman imzalayıb. Polislə işləyəcək şəxslərin vəzifəsi ictimai asayişi pozanları qanuna riayət etməyə çağırmaq, azyaşlılara qarşı qanunsuz davranışlar barədə məlumatlar toplamaqdır. Sözügedən fərman ictimaiyyət arasında birmənalı qarşılanmır.

Daxili işlər naziri bundan əvvəl martın əvvəllərində polislə işləmək istəyən 226 nəfəri seçmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG