Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:18

Arif Quliyev: "Yaltaqlar üzüşağı gülür"


Arif Quliyev əsgərlikdə komik səhnəcikdə

Arif Quliyev əsgərlikdə komik səhnəcikdə

► "Meymun ilində iki nəfər bir-birinə rast gəlir, biri o birinə deyir ki..."

65 yaşlı gülüş ustası, xalq artisti Arif Quliyev təqaüddə olsa da, özü demiş, yenə qaçaqaçdadır. Verilişlər, çəkilişlər, kino məşqləri... Deyir, gülüş günündə heç dayanmayıb, işi başından aşıb. AzadlıqRadiosuna da gülüş haqqında bu qaçaqaçda danışır. Söhbətə də özü başlayır:

– Gəlin söhbətə belə başlayaq, “aprelin 1-i, zarafatın var yeri...”

– Demək söhbətimiz zarafat dolu olacaq. Arif müəllim, ətrafınızda gülən adamlar çoxdurmu?

– Vay, vay, bilmirsiniz nə qədərdirlər. Kimə rast gəlirəm, hamı gülür. Yəqin bunun bir səbəbi də mənim rollarım, obrazlarımdır. İnsanlar mənə baxan kimi qulaqlarına, yox, üzr istəyirəm, üzlərinə gülüş qonur. Həm də bu il meymun ilidir axı. Adam bir-birini təbrik eləməyə də utanır. Meymun ilində iki nəfər bir-birinə rast gəlir, biri o birinə deyir ki, “bilirsən də, bu il meymun ilidir”. Deyir, “bilirəm”. O biri soruşur ki, “qardaş, bilmirsən, banan niyə əyridir?” Deyir, “vallah, bilmirəm”. O da deyir ki, “onda mən gedim başqa meymundan soruşum”. (Gülür) Bilirsiniz, qayğılar həmişə var. Əsl adam bu qədər qayğının içində gülməyi bacaran adamdır. Gülə bilən adamlar xoşbəxtl insanlardır.

– Bəs, gülə bilməyənlər?

– Gülə bilməyən insanlara deyərdim ki, xoşxasiyyət olsunlar. Xasiyyətləri xoş olsa, ondan sonra gülə biləcəklər. Heç olmasa, üzlərinə təbəssüm qonacaq. Qaynayıb-qarışmaq lazımdır. Gülə bilməyən adam gülmək istəmir. Özünü dartır. O gün gördüm biri özünü dartırdı. O qədər dartdı ki, axırda qırıldı. (yenə gülür). Gülə bilməyən adam görəndə hərdən fikiləşirəm ki, bu adam niyə gülə bimir? Bəlkə dişləri yoxdur, ya da təmirdədir, ya da protezini oğurlayıblar? Ola bilər də, avtobusda basabas olub, protezini qoyub cibinə, oğurlayıblar. Ona görə gülə bilmir.

– Sizin gülüş obyektləriniz ayrı-ayrı peşə sahibləri də olur...

– Biri gəlir həkimə, deyir, “ay doktor, qadan alım, başına dönüm, gözümə xırda şariklər görsənir”. Həkim deyir ki, “mən onu müalicə edərəm”. Bir ay bunu müalicə edir. Get-gəl, get-gəl, müalicə qurtarır. Soruşur, “indi necədir gözlərin?” Deyir, “doktor, indi də həmin şeyləri çox yekə görürəm”.

__________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

– Arif müəllim, kimlərdə yumor hissi güclü olur?

– Səmimi insanlarda yumor hissi çox olur. Sadə, səmimi, başqalarına qaynayıb-qarışan adamlarda yumor hissi də güclü olur. Belə adamlar ruhən də özlərini gənc, qəlbiaçıq hiss eləyir. Ona görə insanlara yumor çox lazımdır.

– Son vaxtlar hansı hadisə sizi güldürüb?

– Bir adam dayanmışdı dayanacaqda, avtobus gözləyirdi. O birisi də danışırdı. Bu qulaq asır, o danışırdı. Birdən avtobus gəldi, bu çevrildi ki, avtobusa minsin, yanındakı o qədər danışırdı ki, bu da, istər-istəməz, ona baxırdı. Avtobus getdi, avtobusa minmək istəyəndə, ayağını qoymaq istəyəndə, yıxıldı asfalta.

– Qaraqabaq adam görəndə neyləyirsiniz?

– Beləsinə rast gəlmirəm. Görsəm ki, qaşqabağı yerlə gedir, bilirəm ki, bu onsuz da nə söhbət edəcək, nə danışacaq. Yəqin özü haqqında, pulları haqında fikirləşir. Elə adama heç yaxınlaşmıram da. Deyirəm, bekar adamam, işim var, uzaqlaşıram. Gülüş lazımdır, gülüş. Gülüş elə bir şeydir ki, səmiyyət yaradır, insana xoş-əhval ruhiyyə gətirir. Bıy, ruhiyyə kimdir? Hə, ruhiyyə verir.

– Siz gülüş, gülüşün insanlara təsiri haqqında dissertasiya müdafiə eləmisiniz. Hətta gülüşün yeməyə təsirindən də yazmısız...

– Gülüşün yeməyə təsiri, bəli, var. Deməli, mən bir az xəstələnmişəm. Nə yeyirəm, qarnıma gedir. Vallah, iştaham da kəsilib e. Gündə ancaq bir dəfə yeyirəm. Səhər başlayıram, axşama kimi yeyirəm...

– Gülüşlərin necəliyindən də yazırsız..

– Bilirsiz, nə qədər gülüş var? Qəşş eləmək, uğunub getmək, ölünün gülüşü, dirinin gülüşü, yaltağın gülüşü. Yaltaq ikiqat əyilir, burnu dəyir yerə, amma qabağındakını görmür, yaltaqlar üzüaşağı gülür. Qəşş eləyən də üzüyuxarı gülür. Əyilir, beli də az qalır yerə dəysin. Bir başqası da qəhqəhə çəkir, ona “şaqqanaq çəkmək” deyirlər. Bu, ürəkdən gülməkdir. Onda bütün bədən işləyir. Həmişə ürəkdən gülmək lazımdır.

– Siz həmişə ürəkdən gülürsüz?

– Əlbəttə, belə gülə bilməsəm, cəsarətli danışmaram ki... Gülmək həm də cəsarətdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG