Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:35

“PKK-nın “İslam Dövləti” qrupu ilə vuruşmasından söhbət belə gedə bilməz”.

Bunu Türkiyə prezidenti Racep Tayyip Erdogan martın 31-də Vaşinqtondakı Brikinqs (Brookings) universitetində çıxış edərkən deyib.

O bu məlumatın tam yalan olduğunu deyib və yezidilərin üzləşdiyi ağır vəziyyətə görə məhz PKK-nı günahlandırıb.

Erdogan martın 19-da İstanbulda 3 israilli turistin ölümü ilə nəticələnən partlayışdan da danışıb, buna görə İsrail hökumətinə başsağlışı verildiyini və yaralılara lazımı yardım göstərildiyini bildirib.

Erdogan deyib ki, “İslam Dövləti” qrupunun törətdiyi bu partlayışda hədəftəkcə İsrailli turistlər olmayıb.

O bildirib ki, “İslam Dövləti” qrupu hazırda Türkiyənin müxtəlif yerlərində fəaliyyət göstərir.Amma Türkiyə hökuməti bu qrupa qarşı mübarizəni davam etdirəcək, buna imkan verməyəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG