Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:20

Danimarka Almaniya ilə sərhəddə pasport nəzarətini mayın 3-dək uzadıb.

Danimarka hökumətu bunu aprelin 1-də bəyan edib.

Buna səbəb kimi Yaxın Şərq və Şimali Afrika ölkələrindən qaçqın axınının davam etməsi göstərilir.

Almaniya ilə sərhəddə pasport nəzarətini bu il yanvarın 4-dən tədbiq edilib.

Danimarkanın miqrasiya və inteqrasiya naziri İnqer Stoyberq Avropaya qaçqın axınının hələ də yüksək olduğunu deyir.

Onun Avropa Komissiyasına göndərdiyi məktubda deyilir ki, yanvarın 4-dən martın 27-dək sərhəddə 488 mindən çox sənəd yoxlanıb və 984 nəfərin Almaniyadan ölkəyə girməsinə icazə verilməyib.

127 nəfərə qarşı isə insan qaçaqçılığı ilə bağlı ittiham irəli sürülüb.

Bundan başqa bu müddət ərzində Danimarkada sığınacaq axtaran 3 minədək adam qeydə alınıb.

Amnesty İnternational təşkilatı bundan əvvəl Türkiyəni son aylar bir neçə min Suriya qaçqınını məcburu vətənlərinə döndərməkdə pisləyib və bunun beynəlxalq qanunlara zidd olduğunu bəyan edib.

Təşkilatın məlumatına görə, hər gün Türkiyədən 100-ə yaxın Suriya qaçqını çıxarılır.

Ankara ittihamı rədd edir.

XS
SM
MD
LG