Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:40

-

Asiya İnkişaf Bankı «Azərişıq» ASC-yə 1 milyard dollar kredit ayrılmasına baxmağı aprelin 20-dən mayın 27-nə ertələyib.

Söhbət «Azərbaycanda elektrik enerjisi paylanmasının gücləndirilməsi» investisiya proqramı çərçivəsində ayrılması gözlənilən kreditdən gedir.

«Turan» İnformasiya Agentliyinin xəbərinə görə, bankdan bildiriblər ki, ümumi yığıncaqdan bir həftə sonra Direktorlar Şurası ilk tranş proqramına baxacaq. Direktorlar Şurasının həmin toplantısı da aprelin 27-dən iyunun 3-nə ertələnib.

İlkin planlamada kreditləşmənin 250 milyon dollarlıq tranşlar ilə 7 regional şəbəkəyə - Aran, Bakı, Cənub, Qərb, Mərkəzi Aran, Şimal və Şimal-qərb bölgəsinə yönəldilməsi nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG