Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:13

Miqrantlar 14-cü gündür ki, Yunanıstanla Makedoniya arasındakı dəmiryol xəttini bağlayıblar.

Makedoniya tərəfə keçmək istəyən qaçqınlar İdomeni qaçqın düşərgəsindən çıxmayacaqlarını deyirlər.

Yunanıstan hakimiyyəti onları başqa qaçqın mərkəzlərinə köçürmək istəsə də miqrantlar bununla razılaşmır.

Suriya qaçqını Nasi başqa düşərgə ilə burdakının heç bir fərqi olmadığını deyir: “Əgər getsək bu bizim üçün bir addım geriyə getməkdir. Biz bura gəlmək üçün uzun yol qət etmişik və hər birimiz buna görə 2 min dollar ödəmişik. Geriyə dönə bilmərik, bu problemin həlli deyil”,deyə o bildirir.

Qaçqınlar hazırda oturaq aksiya keçirirlər.

Yunanıstan hakimiyyəti onlara qarşı zor tətbiq edilməyəcəyini bildirib.

Düşərgədə isə vəziyyət acınacaqlı olaraq qalır.

Əksəriyyəti Siriya və İraqdan olan qaçqınlar Avropa Birliyi ölkələrinə keçməyə can atırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG