Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:07

Hindistanın Kəlkətə şəhərində tikilməkdə olan körpünün uçması nəticəsində 20-dən çox adam ölüb, 100-dək adamsa yaralanıb.

Hadisə martın 31-də baş verib.

Körpünün altından gur yol keçir.

Bundan başqa sıx tikilmiş evlər və mağazalar var.

Xilasedicilər bütün gecə boyu hadisə yerində iş aparıblar.

Onlar qaldırıcı karan və traktorların köməkliyi ilə 90-a yaxın adamı xilas edib, uçqunun altından çıxarıblar.

Körpünün təxminən 100 metrlik hissəsi uçub.

Bu körpü hələ 5 il bundan əvvəl istifadəyə verilməli idi.

Nəlumatlara görə, qərbi Benqaliya ştatının naziriMamat Banerci ötən ilin sonunda obyektin fevralda istifadəyə verlməsini tələb edib.

Mühəndislər isə bunu texniki təhlükəsizlik qaydaları baxımından mümkün saymırmışlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG