Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:45

Həcc ziyarətinə sənəd qəbulu başlayıb


Həcc
Həcc

-

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) aprelin 1-dən Həcc ziyarəti ilə bağlı sənəd qəbuluna başlayıb.

APA-nın xəbərinə görə, zəvvarlardan xarici pasport, qeydiyyatda olduğu ərazi poliklinikasından sağlamlıq haqqında arayış və 4 ədəd fotoşəkil tələb olunur. Vizaları idarənin özü Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyindən alacaq.

Artıq idarə bu il Həcc ziyarətinə getmək istəyən zəvvarlar üçün qiyməti açıqlayıb. Builki ziyarətlərinin qiyməti 3500 və 4500 dollar təşkil edir. Gündə iki dəfə yemək verilən və aşağı komfortlu otellərdə qalanlar üçün ümumi ziyarət xərci 3500 dollar olacaq. Daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan otellərdə qalmaq istəyənlər isə 4500 dollar ödəməli olacaqlar.

Ötən il ziyarət xidmətlərinin qiyməti 4750 - 5700 dollar arasında dəyişirdi. Ancaq qiymət düşsə də, Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti bu il ötən ilkindən az - 1500 nəfər müəyyənləşib.

Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib. Onlardan 3-ü Məkkədə vəfat edib və orada dəfn olunub.

Bu il Həcc ziyarəti sentyabr ayına təsadüf edir.

XS
SM
MD
LG