Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:45

-

«Danışılmış oyunların araşdırılması məsələsi daha çox mənə aiddir. Təəssüf ki, bizim işimiz qənaətbəxş deyil. Gördüyüm işdən məmnun deyiləm».

Bunu «Report»a AFFA-nın hüquq və kadrlar şöbəsinin rəisi Rəmiş Malıyev deyib.

Onun bildirməsinə görə, şübhəli oyunlarla bağlı araşdırmalarda nəticənin olmamasının obyektiv səbəbləri daha çoxdur: «Təbii ki, subyektiv səbəblər də ola bilər. Azərbaycan Cinayət Məcəlləsinə dəyişikliklə bağlı layihə hazırlanır. Bunu iyunda Milli Məclisə təqdim edəcəyik. Azərbaycan özü də Avropa Şurası çərçivəsində «İdman oyunlarının nəticələrinin manipulyasiyası» konvensiyasına qoşulub. Qanunvericiliyə bu dəyişiklik ediləndən və bizə müəyyən məlumat daxil olandan sonra sənədləri hüquq-mühafizə orqanlarına göndərəcəyik. Onlar araşdırmaya başlayacaq, biz də yardımçı olacağıq. Güman edirəm ki, nəticələr olacaq».

R.Malıyev bəzi mətbu orqanların Azərbaycanda danışılmış oyunlarla bağlı yazılarına da münasibət bildirib: «Bu, belədirsə, ortaya sübut qoymaq lazımdır. Bunu da eləmirlər. Biz də işlərimizi birbaşa UEFA ilə koordinasiya edirik. Hər hansı şübhəli oyun olanda, UEFA-ya müraciət edirik».

Hələ 5 il əvvəl Türkiyədə bu məsələ qanunvericilikdə öz əksini tapıb. Elə həmin il Türkiyədə danışılmış oyunlarla bağlı kütləvi həbslər həyata keçirildi. Həbs edilənlərin arasında «Fenerbahçe» klubun prezidenti Aziz Yıldırım da var idi. Həmin məsələ üstündə «Fenerbahçe» və daha bir neçə klub UEFA-dan da sərt cəza almışdı.

Azərbaycan futbol liqalarında da danışılmış oyunların olduğu deyilir. Ancaq belə hallar, hələlik, rəsmi təsdiqini tapmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG