Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:48

"Mən başqa bir insanın Atası, taleyi, tanrısı ola bilməzdim"


 Imre Kertesz
Imre Kertesz

-

Bugünlərdə 86 yaşında vəfat etmiş, Holokostu yaşamış yəhudi əsilli Macarıstan yazıçısı, 2002-ci il Ədəbiyyat Nobelinin sahibi Imre Kertesz nə deyirdi?

- Kitab ya avtobioqrafiya olur, ya da roman.

- Adam öz mətnini özü redaktə etməklə yazıçıya çevrilir.

- Macarıstanın siyasi sistemini demirəm, cəmiyyətinin özünü deyirəm, demokratik ola bilmir. 16-cı yüzildə Osmanlı imperiyasının yüksəlişi Macarıstan cəmiyyətində demokratiyanın inkişafına blok qoydu.

- Əgər azadlıq deyilən bir şey varsa, onda tale yoxdur.

- Holokost Avropa sivilizasiyası üçün travmadır.

- Müasir həyat belə qurulub: başqasını istismar etməklə fayda götürürsən.

- Sadəcə oturub gözləyirsən. Hamı bu ölkədə eyni cür dözür. Hər bir alçaldılma, hər bir yalan, beyinlərə sıxılan hər bir gülləyə tolerantdır. Öz beyninə güllə çaxılandan sonra necə sakit olacaqsa, başqalarının beyinlərinə çaxılan güllələrə qarşı indi eləcə sakitdir.

- Qərb öz dəyərlərinin arxasında durmalıdır, onları daha çox müdafiə etməlidir.

- Kurti siyasətə inanırdı, siyasət onu aldatdı, başqalarını aldatdığı kimi.

- “Yox" — mən heç vaxt başqa bir insanın Atası, taleyi, tanrısı ola bilməzdim. "Yox" — mənim uşaqlıqda başıma gələnlər heç bir uşağın başına gəlməməlidir."

- İnsan yeni həyata başlaya bilməz, o, yalnız köhnə həyata davam edə bilər.

- Mənim ciddi qəbul edə biləcəyim bircə inqilab var, o da polis inqilabı.

- Haradasa oxumuşdum ki, Tanrı nə vaxtsa mövcud olanda insan Tanrı ilə dialoq qurmalıydı, indi ki Tanrı yoxdur, insan başqa insanlarla dialoq qurmalıdır, mənsə deyərdim, insan özü özüylə dialoq qurmalıdır.

Read more at: http://www.brainyquote.com/quotes/authors/i/imre_kertesz.html
A book is either autobiography or a novel.
Read more at: http://www.brainyquote.com/quotes/authors/i/imre_kertesz.html

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG