Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:21

Azərbaycan Konvensiyaya düzəlişi dəstəklədi


Yukiya Amano
Yukiya Amano

-

Xarici işlər naziri Elmar Məmmədyarov Vaşinqton Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Yukiya Amano ilə görüşüb. Xəbəri nazirliyin saytı yayıb.

E.Məmmədyarov Azərbaycan və AEBA arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, bu əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib.

O, nüvə materialının fiziki mühafizəsi haqqında Konvensiyaya Düzəlişin Azərbaycan tərəfindən təsdiqlənməsi barədə sənədi depozitari rolunda çıxış edən AEBA-nın baş direktora təqdim edib.

AEBA baş direktoru Azərbaycana sözügedən Düzəlişi təsdiq etdiyinə görə təşəkkürünü bildirib. Y.Amano deyib ki, son zamanlar bu sahədə böyük irəliləyişlər əldə edilir və yaxın vaxtlarda Düzəlişin qüvvəyə minəcəyinə ümidvardır.

Y.Amano daha sonra səhiyyə, kənd təsərrüfatı, sənaye və su ehtiyatlarının idarə edilməsi kimi sahələrdə nüvə texnologiyalarının tətbiq olunması barədə məlumat verib. AEBA-nın öz təcrübəsi ilə xərçəng və şəkərli diabet kimi xəstəliklərin müalicəsində yaxından iştirak etdiyini deyib. O, bura dünyada yayılmaqda olan təhlükəli viruslarla mübarizəni də aid edib

Y.Amano AEBA ilə Azərbaycan arasında həyata keçirilən Texniki Əməkdaşlıq Proqramı çərçivəsində Milli Onkologiya Mərkəzinin nəzdində Nüvə Təbabəti Mərkəzinin təsis edilməsinə görə də razılığını bildirib. Qeyd edib ki, aprelin 15-də sözügedən mərkəzin açılışında yüksəkvəzifəli AEBA rəsmisi də iştirak edəcək.

Görüş zamanı, həmçinin, Ermənistanda yerləşən və Azərbaycanın bölgə üçün ciddi təhlükə saydığı «Metsamor» Atom Elektrik Stansiyasının fəaliyyətinə də toxunulub.

XS
SM
MD
LG