Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:41

-

“Yazı” ədəbiyyat dərgisinin 17-ci sayı işıq üzü görüb. “Yazıçılarımızın arxivindən” bölümündə Sabir Əhmədlinin “Yazılmayan yazı” romanının davamı və Eyvaz Əlləzoğlunun “Yeni il” hekayəsi verilib.

“Poeziya” bölməsində Mahir Mehdi, Saday Şəkərli, Ziba Xəlil, Məhəmməd Tanhu, Gülşad Quliyeva, Elşən Əzim, İntiqam Yaşar və İsmayıl İmanzadənin şeirləri, “Güneydən səslər”də Elşən Böyükvənd, Xosrov Barışan və Zaman Paşazadənin yazıları yer alıb.

“Nəsr” bölümündə Alpay Azər, Nərmin Kamal, Həmid Piriyev, Vəfa Mürsəlqızı, Sərxan Əziz, Şəhriyyə Qəzənfərqızı, Qalib Şəfahət, Qalib Bəhram, Kamil İlqar Zeynalovun hekayələri, Yaşar Bünyadın “İblis busəsi” romanının davamı və Azad Qaradərəlinin “Şüşə ev” romanını sonu çap olunub.

Dərginin “Çevirmə” yerində S.Alekseyeviçin Nobel nitqi, Rainar Maria Rilke və Ahmet Yıldızın əsərlərindən nümunələr, “Esse” bölümündə Umberto Eco, Niyazi Mehdi, Qan Turalı və Müşfiq Xanın yazılarını oxumaq olar.

“Palitra”da Saatlı rayonunda yaşayan sürrealist rəssam Sürəyya Muğanlının yaradıcılığı haqda məlumat və rəsmlərindən nümunələr təqdim olunur.

Dərginin bu sayında ədəbiyyat xəbərləri, yeni nəşrlər və digər yazılarla tanış olmaq olar.

Günün bütün mövzuları

XS
SM
MD
LG