Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:37

-

İraqın Baş naziri Haidar al-Abadi martın 31-də hökumətin 14 yeni üzvünün adlarını elan edib. Onun sözlərinə görə, həmin nazirlər, xalqın tələb etdiyi kimi, hökumətdə korrupsiya ilə mübarizə aparacaq ekspertlərdir.

Abada namizədlərini parlamentə təqdim edib. Ancaq təyinat burada siyasətçilərin müqaviməti ilə üzləşə bilər. Abadi namizədlər barədə deyib ki, onlar peşəkarlıq, liderlik bacarığı keyfiyyətləri əsasında seçiliblər.

Baş nazir kabinet üzvlərinin sayını 21-dən 16-ya saldığını da elan edib. Təkcə müdafiə və daxili işlər nazirlərinə toxunmayıb.

Bu məlumatdan sonra nüfuzlu şiə ruhanisi Muqtada al-Sadr tərəfdarlarının iki həftədir davam edən oturaq etiraz aksiyasını dayandırıb. Onlar hökumətə texnokratların gətirilməsini tələb edirdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG