Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:06

-

Ağ Ev bəyan edib ki, Ukraynaya “təhlükəsizlik yardımı” kimi 335 milyon dollar verəcək. Martın 31-də ABŞ-ın Vitse-prezidenti Joe Biden Ukrayna prezidenti Petro Poroshenko ilə görüşüb. Məlumat da ondan sonra açıqlanıb.

Bu yardım Ukraynaya çox lazımdır. Belə ki, Rusiya Krımı anneksiya edəndən, ölkənin şərqində münaqişə başlanandan iqtisadi böhran yaranıb.

Vaşinqton Ukraynanın qərbpərəst hökumətini dəstəkləyir. Ancaq Kiyevdəki korrupsiya sarıdan narahatlığı var. Bu həftənin əvvəlində Ukraynada baş prokuror istefaya göndərilib. Onun korrupsiya araşdırmalarını əngəllədiyi bildirilirdi.

Ağ Evin məlumatına görə, Biden Poroshenko-ya deyib ki, yeni islahatpərəst hökumət qurulsa, daha artıq yardım göstərilə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG