Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:37

-

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin başçılığı ilə partiyanın nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri başlayıb.

YAP-dan SİA-ya verilən məlumata görə, səfər zamanı keçiriləcək görüşlərdə iki ölkənin münasibətlərinə, habelə hakim partiyalar arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılır.

Azərbaycan nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatları - YAP Siyasi Şurasının üzvü Musa Quliyev, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Məmmədov, Naqif Həmzəyev, Şahin İsmayılov, habelə “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, YAP Gənclər Birliyinin sədr müavini Əli Pənahov və birliyin üzvü Elmar Məmmədov daxildir.

Aprelin 6-dək davam edəcək səfər çərçivəsində nümayəndə heyəti paytaxt Pekindən sonra Şanxay və Çendu şəhərlərində yerli hakimiyyət orqanlarının rəhbərləri ilə görüşlər keçirəcək, sənaye obyektlərinin fəaliyyəti ilə tanış olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG