Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:50

-

AXCP sədrinin müşaviri Məmməd İbrahimin üç il azadlıqdan məhrum edilməsi barədə hökmdən apellyasiya şikayəti verilib. Bu haqda AzadlıqRadiosuna onun vəkili Yalçın İmanov məlumat verib.

Apellyasiya şikayətini martın 31-də məhkəməyə təqdim etdiyini deyən vəkil bildirib ki, şikayətdə Nərimanov Rayon Məhkəməsinin hökmünün ləğv olunması, Məmməd İbrahimə bəraət verilməsi xahiş olunur. Müdafiəçinin sözlərinə görə, AXCP sədrinin müşavirinə qarşı ittiham məhkəmədə sübuta yetirilməyib, ona görə də barəsində çıxarılmış ittiham hökmü qanunsuz və əsassızdır.

Məmməd İbrahim bir müddət əvvəl AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında sentyabrın 30-da həbs olunub. O, Mikayıl Quliyevi vurmaqda ittiham olunub, ona CM-in 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. Bir müddət sonra daha iki nəfər - Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı Məmməd İbrahim onları da vurub. Bundan sonra ittiham maddəsi ağırlaşdırılıb və CM-in 221.2.2-ci maddəsinə tövsif olunub.

Martın 15-də Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Məmməd İbrahim 3 il azadlıqdan məhrum edilib. O, ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG