Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:14

-

Prezidenti İlham Əliyev martın 31-də Vaşinqtonda ABŞ “Export-Import” Bankının prezidenti Fred Hokberq ilə görüşüb.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə Azərbaycan ilə “Export-Import” Bankı arasında əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Azərbaycanda elektrik enerjisi, qaz, suvarma və pambıqçılıq sahələrində bu bank ilə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Görüşdə, həmçinin Şərq-Qərb nəqliyyat dəhlizi, daşımalar və digər sahələrdə əməkdaşlıq imkanlarına dair müzakirələr olub.

Prezident İlham Əliyev Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının ictimai xadimləri - “Armitage International” şirkətinin prezidenti Riçard Armitac və Karnegi Fondunun prezidenti Uilyam Börns ilə də görüşüb.

Xəbərdə bildirilir ki, görüşdə Azərbaycanla ABŞ arasında əlaqələrin daha da genişlənməsi ilə bağlı fikir mübadiləsi aparılıb. İki ölkə arasında enerji, təhlükəsizlik və digər sahələrdə yaxşı əməkdaşlığının olduğu qeyd edilib.

Müzakirələr zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti də diqqət mərkəzində olub.

Preziden İlham Əliyev Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi sammitində iştirak etmək üçün ABŞ-a gedib.

O, buna qədər ABŞ Dövlət Katibi Con Kerri və konqresmenlərlə göürüşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG