Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:21

-

Qafqaz Müsəlmanları İdarəsi bu il Həcc ziyarətinə getmək istəyən zəvvarlar üçün ziyarət xidmətlərinin qiymətini açıqlayıb. Builki ziyarətlərinin qiyməti 3500 və 4500 dollar təşkil edir.

APA-nın xəbərinə görə, gündə iki dəfə yemək verilən və aşağı komfortlu otellərdə qalanlar üçün ümumi ziyarət xərci 3500 dollar olacaq. Daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan otellərdə qalmaq istəyənlər isə 4500 dollar ödəməli olacaqlar.

Həcc ziyarəti üçün sənəd qəbulu yalnız Qafqaz Müsəlmanları İdarəsi aparır. Ötən il ziyarət xidmətlərinin qiyməti 5750 - 4700 dollar arasında dəyişirdi.
Ancaq Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti bu il ötən ilkindən az - 1500 nəfər müəyyənləşib.

Ötən il Azərbaycandan Həcc ziyarətinə 2 min 400 zəvvar gedib. Onlardan 3-ü Məkkədə vəfat edib və orada dəfn olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG