Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:05

-

Aprelin 1-dən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu başlanır. Bu haqda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidməti məlumat verir.

Məlumata görə, imtahanlarda iştirak etmək istəyənlər virtual ödəmə kartları vasitəsilə TQDK-nın internet səhifəsində "Abituriyentin elektron ərizəsi" formasını doldurmalıdırlar. Virtual ödəmə kartını internet ödəmə xidmətləri və ya mobil operatorlar vasitəsilə əldə etmək olar.

Ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə abituriyentlərin ərizələri aprelin 1-dən 28-dək qəbul edilir. V ixtisas qrupunun və orta ixtisas təhsili müəssisələrinin ixtisaslarına isə mayın 3-dən 17-dək ərizə vermək olar.

Günün bütün mövzuları

XS
SM
MD
LG