Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:09

-

Rusiya və İranın Xarici İşlər nazirləri aprelin 7-də Bakıya gələcək. Həmin gün, Azərbaycanın Xarici İşlər nazirinin də iştirakı ilə üçtərəfli müzakirələr aparılacaq.

Bu haqda Trend Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova istinadən xəbər verir.

Media sözügedən üçtərəfli müzakirələr barədə xəbər yayasa da, bunun vaxtı bəlli deyildi. Ancaq Azərbaycan Xarici İşlər nazirliyinin mətbuat katibi Hikmət Hacıyev görüşdə müzakirə ediləcək məsələlərlə bağlı açıqlama vermişdi . H.Hacıyev toplantıda üçtərəfli regional əməkdaşlıq və Şimal-Cənub nəqliyyat dəhlizinin əsas müzakirə mövzuları olacağını demişdi.

Azərbaycan mətbuatında dərc edilən bir sıra yazılarda isə qeyd edilir ki, prezident İlham Əliyevin ABŞ-a səfərindən sonra Sergey Lavrovun gələcəyi gözlənilən idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG