Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:21

Nəsli kəsilməkdə olan iki tısbağa reabilitasiya üçün San-Dieqodakı təbiət qoruğuna gətiriliblər.

Şimşək və İldırım adlı tısbağalar, “Zeytun tısbağalar” nəslindəndir.

Onları ötən ilin dekabrında Oreqon ştatının şimalındakı çimərlikdə donmuş halda tapıblar.

Sahil-mühavizə xidməti onları “Herkules” yük təyyarəsi ilə Kaliforniyaya gətiriblər.

Burda, San-Dieqo şəhərində “Dəniz dünyası” adlı təbiət qoruğu var.

Qoruğun əməkdaşları tısbağaları sağaltmağa çalışırlar.

Şimşək və İldırım dişidirlər.

İldırımın çəkisi 36 kq, uzunluğu isə 60 sm, eyni uzunluqda olan Şimşəyin çəkisi isə 23 koloqramdır.

Onların ikisini də don vurub, bundan başqa Şimşəyin gözü də zədələnib.

Tısbağalar burda dəniz suyu doldurulmuş isti hovuza buraxılıblar. Burda onlar üçün kiçik təbii mağara da var.

Zeytun tısbağalara adətən Hind və Sakit okeanda, bəsən isə Karib dənizində rast gəlmək olar.

Bu nəsl ciddi qorunur, onların olduğu çimərliklərə heç kim buraxılmır.

XS
SM
MD
LG