Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:36

Haaqa məhkəməsi keçmiş serb birləşmələrinin komandanı və radikal partiyasının lideri Voislav Şeşelə bəraət qazandırıb.

O 1990-cı illərdə 130 mindən çox adın ölümü ilə nəticələnən keçmiş Yuqoslaviya müharibəsi dövründə qətl və etnik təmizləmələri qızışdırmaqda ittiham olunurdu.

O bütün 9 ittiham üzrə bəraət qazanıb.

Məhkəmə onun həbsinə verilmiş orderi ləğv edərək 61 yaşlı siyasətçini azad elan edib.

Şeşel Xorvatiya və Bosniya müharibələri dövründə könüllü serb birləşmələri yaradılmasında iştirak edib və ona komandanlıq edib.

2003-cü ildə könüllü Haaqa tribunalına təslim olub və bundan 4 il sonra proses başlayıb.

Analitikıər hesab edir ki, bəraət qazanması apreldə keçiriləcək parlament seçkisində onun partiyasına xal qazandıracaq.

Siyasətçinin özü isə tribunalın addımını yeganə mümkün qərar adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG