Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:42

-

«Xəzər Dəniz Gəmiçiliyi» QSC martın 31-dən etibarən Bakı-Türkmənbaşı-Bakı xəttində iki tərəfə avtomobil daşımaları tariflərinə 20 faiz endirim tətbiq edir.

Cəmiyyətdən verilən məlumata görə, bir standart qoşqulu yük avtomobilinin (16.5 metr uzunluqda TİR) bir istiqamətdə (Bakı-Türkmənbaşı və ya Türkmənbaşı-Bakı) daşınması üçün tarif 1072 dollar həcmindədir. Sürücü hər iki istiqamətə əvvəlcədən bilet alarsa, tarif 2144 deyil, 1716 dollar olacaq. Bu məbləğə sürücünün öz bileti də daxildir.

Təkərli texnikanın uzunluğu 16.5 metrdən çox və ya az olduğu halda, tariflər onun ölçülərinə uyğun qaydada hesablanacaq.

Ötən ilin dekabrında Bakı-Aktau-Bakı xəttində də avtomobil daşımalarına 20 faizə qədər endirim edilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG