Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:03

“Donald Trump ABŞ prezidenti ola bilməyəcək”.

Bunu Demokrat partiyasından prezidentliyə iddiaçı Berne Sanders Viskonsin ştatında çıxış edərkən deyib:

“Amerika xalqının demək olar ki, hər gün bir qrup insan və başqalarını təhqir edən bir adamı nə vaxtsa prezident seçəcəyinə inanmıram. Bizim meksikaləlar latınamerikallar, müsəlmanlar və qadınları təhqir edən prezidentimiz olmayacaq”, deyə Sanders bildirib.

O qeyd edib ki, rəy sorğuları göstərir ki, onun Trumpu məğlub etmək şansı partiyadaşı Hillary Clintondan daha çoxdur.

Sanders Viskonsin ştatında seçkiqabağı təbliğat aparır. Aprelin 5-də bu ştatda ilkin seçki keçiriləcək.

Son 6 seçkidən 5-də qalib gələn Sanders mübarizəni davam etdirmək əzmindədir.

Demokrat partiyasından Hillary Clinton, Respublikaçılardan isə Donald Trump prezidentliyə əsas namizəd hesab olunurlar.

Seçki bu ilin noyabrında keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG