Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:12

İsmayılovanın cənazəsi Azərbaycana gətirilir


Kəmalə İsmayılova
Kəmalə İsmayılova

-

Somalinin paytaxtı Moqadişoda silahlı hücum zamanı həlak olmuş Azərbaycan vətəndaşının cənazəsi yaxın vaxtlarda Azərbaycana çatdırılacaq.

«Trend» bu xəbəri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevə istinadən yayıb.

H.Hacıyev deyib ki, Azərbaycanın Türkiyədəki səfirliyi bu məsələnin həlli ilə məşğuldur.

Martın 30-da Somalinin paytaxtı Moqadişoda silahlılar avtobusa atəş açıblar. Nəticədə 6 nəfər həlak olub. Yaralananlar var. Həlak olanlardan biri- Kəmalə İsmayılova Azərbaycan vətəndaşıdır. Yaralananlardan ikisi isə onun övladlarıdır.

XS
SM
MD
LG