Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:32

Somalidə ölən azərbaycanlının adı bilindi


Kəmalə İsmayılova ailəsi ilə birlikdə.

Kəmalə İsmayılova ailəsi ilə birlikdə.

-

Somalinin paytaxtı Moqadişo yaxınlığında mikroavtobusa edilən hücum nəticəsində ölən və yaralanan Azərbaycan vətəndaşlarının kimliyi müəyyənləşib.

APA-nın xəbərinə görə, hadisə zamanı Göyçayın Ləkçılpaq kənd sakini, 34 yaşlı Kəmalə İsmayılova ölüb. Onun iki oğlu - 11 yaşlı Nihad və 10 yaşlı Nicat İsmayılovlar isə ağır bədən xəsarətləri ilə paytaxt xəstəxanalarından birinə yerləşdirilib.

Hadisə barədə xəbər tutan K.İsmayılovanın həyat yoldaşı Əflatun İsmayılovun koma vəziyyətinə düşdüyü bildirilir. Bu barədə məlumatı ailənin yaxın qohumu, Göyçay sakini Şahin Yaqubov verib. Ş.Yaqubovun deməsinə görə, Əflatun İsmayılov uzun müddət ailəsi ilə birgə Türkiyədə yaşayıb və sonradan işləmək üçün Somaliyə göndərilib. O, «Turkish Airlines» şirkətinin Somalidəki nümayəndəliyində və turizm şirkətində çalışır.

Kəmalə İsmayılova isə Moqadişoda fəaliyyət göstərən Türk Özəl Liseyində müəllimə olub. Türk liseyinin direktoru, Əflatun İsmayılovun yeznəsi Bülent Ergüneş telefonla zəng edərək onun qardaşı Aslan İsmayılova hadisə barədə məlumat verib.

Bülent Ergüneş-in deməsinə görə, içərisində Azərbaycan və Türkiyə vətəndaşlarının olduğu lisey mikroavtobusu silahlı hücuma məruz qalıb. Həmin vaxt maşında 6 müəllim və 6 şagirdin olduğu bildirilir. Nəticədə 6 nəfər ölüb, digərləri ağır yaralanıb.

Azərbaycan Xarici İşlər Nazirliyi isə bir qədər öncə KİV-lərə açıqlamasında Moqadişoda ölən və yaralananlar kimliyinin, hələlik, dəqiqləşdirilmədiyini bildirirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG