Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:07

-

Rusiyanın ən varlı biznesmenlərindən biri sərhəddən qanunsuz olaraq alkoqol keçirməkdə və vergi rüsumu ödəməməkdə ittiham olunaraq saxlanıb.

Rusiya İstintaq Komitəsi martın 30-da bu barədə məlumat yayıb.

Rusiyanın ən böyük konqlomeratlarından olan «Forum»un baş direktoru Dmitry Mikhalchenko və onun müavini Boris Korevsky ilə birlikdə bir neçə nəfər də qaçaqmalçılıq ittihamıyla saxlanıblar.

Mikhalchenko-nun sərvəti 266 milyon dollar həcmində dəyərləndirilir və ötən il Rusiyada 46-cı varlı şəxs sayılıb.

Moskva məhkəməsi onu 735 min dollar əvəzində girovluğa buraxmaqdan imtina edib.

Qaçaqmalçılıq fəaliyyətinə bahalı şərabların daxil olduğu, Rusiya iqtisadiyyatına 3 milyon avrodan çox ziyan vurulduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG