Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:01

-
1918-ci il martın 30-dan aprelin 2-nə kimi bolşeviklərin və erməni silahlı birləşmələrinin iştirakı ilə Bakıda minlərlə insanın qətlə yetirildiyi bildirilir.

Azərbaycan tarixçilərinin yazdığına görə, onda Bakıda «Təzəpir» məscidi aramsız top atəşinə tutulub, memarlıq abidəsi «İsmailiyyə» binasını yandırılıb.

Yerli əhaliyə qarşı hücumlar Şamaxı və Qubada da davam edib. Həmin hadisələr zamanı Şamaxıdakı «Cümə məscidi» top atəşlərinə tutulub. Əhali məsciddə sığınacaq tapmağa çalışırmış.

1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin qeyd olunması barədə qərar qəbul edib.

Sovet hakimiyyəti illərində bu tarix qeyd olunmayıb.

1998-ci il martın 26-da prezident Heydər Əliyev «Azərbaycanlıların soyqırımı haqqında» fərman imzalayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG