Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:47

Poroshenko Biden-lə görüşəcək


Petro Poroshenko (sağda) və Joe Biden, arxiv fotosu

Petro Poroshenko (sağda) və Joe Biden, arxiv fotosu

-

Martın 31-də Ukrayna Prezidenti Petro Poroshenko ilə ABŞ-ın vitse-prezidenti Joe Biden işgüzar nahar edəcəklər. Məlumatı Ağ Ev martın 30-da yayıb.

Poroshenko Vaşinqtonda Nüvə Təhlükəsizliyi Sammitində iştirak edir. Dördüncü və sonuncu sammitə dünyanın 50 ölkəsinin lideri qatılıb.

Ukrayna Prezidenti amerikalı həmkarı Barack Obama ilə də görüş istəyib, ancaq Obama-nın iş qrafikinə görə bu, baş tutmayıb.

Ukraynanın Xarici işlər nazirinin müavini Vadym Prystaiko martın 29-da Poroshenko-nun Obama ilə görüş istəməsini izah edib. Onun sözlərincə, “Ukrayna keçmişdə qoyduqları ilə demokratiyanın savaşının ön xəttindədir və bu görüşə layiqdir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG