Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:56

-

Prezident İlham Əliyev martın 30-da Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının bir sıra konqresmenləri ilə görüşüb.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə Azərbaycan ilə ABŞ arasında münasibətlərin uğurlu inkişafı haqqında söhbət gedib. ABŞ Konqresinin üzvlərinin bu əlaqələrin inkişafına töhfə verə biləcəkləri qeyd edilib.

Prezident İlham Əliyev son illərdə Azərbaycanın uğurlu inkişafı haqqında danışıb.

Söhbət zamanı “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Son dönəmlər, ABŞ konqresmenləri Azərbaycana dair iki layihə işləyiblər. Onlardan biri «Qlobal Maqnitski» adlanır. Müəllifi amerikalı konqresmen Jim McGoverndir.

İkincisi isə Azərbaycanda Demokratiya Aktı» dır. Bu qanun layihəsini ötən ilin sonlarında konqresmen Chris Smith irəli sürüb. «Azərbaycanda Demokratiya Aktı» insan haqlarının pozulmasına görə məsuliyyət daşıyan azərbaycanlı dövlət məmurlarına qarşı sanksiyaların tətbiqini nəzərdə tutur.

«Qlobal Maqnitski» Aktı isə bütün dünyada korrupsioner və insan hüquqlarını pozanlara qarşı sanksiyaları, onların ABŞ-dakı mülkiyyətlərinin həbsini hədəfləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG