Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:38

Yüzlərlə radikal islamçı martın 30-da Pakistan parlamentinin qarşısında etiraz aksiyası keçirib.

Polis aksiyanın dağıdılacağını bəyan etdikdən sonra etirazçılar dağılışıb.

Aksiyanın təşkilatçıları hökumətlə razılıq əldə olunduğunu bildirib və dağılışmağı göstəriş veriblər.

Amma daxili işlər naziri Chaudhry Nisar Ali Khan hökumətin heç bir güzəştə getmədiyini bildirib.

Martın 27-də 10 minədək radikal islamçı ötən ay zabit Mumtaz Qadrinin asılmasına etiraz olaraq aksiyaya başlayıblar.

O, 2011-ci ildə mötədil qubernator Salman Taseerin qətlində ittiham olunurdu.

Aksiyaçılar həmçinin Taseerin müdafiə etdiyi həbsdə olan xristian qadına ölüm tələb ediblər.

XS
SM
MD
LG