Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:19

Almaniya kansleri Angela Merkel ölkə vətəndaşlarının rəğbətini yavaş-yavaş bərpa edir.

Rəyi soruşulanlardan 52 faizi ona etimat göstərib.

Bu ötən ilin avqustundan-Avropada miqrant böhranından bu yana ən yüksək göstəricidir.

Merkelin ən aşağı reytinqi 2015-ci ilin payızında olub-44 faiz.

Son sorğunu ictimai rəy üzrə “Forsa” tədqiqat institu keçirib.

İnstitutun direktoru Manfred Güllner Merkelin reytinqinin qalxmasının miqrant böhranı ilə bağlı Avropa Birliyi ilə Türkiyə arasındakı razılaşma ilə bağlı olduğunu deyir.

Amma Merkelin reytinqinin artması onun partiyasına təsir göstərməyib.

Sorğuya görə Xristian-Demokrat İttifaqı və Xristian –Sosialist İttifaqı koalisiyasını respondentlərin cəmi 36 faizi dəstəkləyib.

Bu əvvəlki sorğunun nəticəsindən cəmi 1 faiz çoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG