Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:59

Aziz Sancar 700 nəfər 6-cı sinifdə oxuyan qızı oxutduracaq


Aziz Sancar
Aziz Sancar

-

“Türkiyənin əyalətində doğulmuş bir insan kimi mən təhsilin gücünə inanıram. Yaxşı bilirəm ki, təhsil mənim həyatımda nələr edib. İstəyirəm, Türkiyədə və dünyadakı bütün qızların qarşısında mənim qarşımda olmuş imkan olsun.”

2015-ci il Kimya üzrə Nobel Mükafatının qalibi Aziz Sancar bugünlərdə qızlar üçün təhsil proqramı elan edib. O, Harriet Fulbright İnstitutunun dəstəyilə Türkiyədən 700 nəfər altıncı sinifdə oxuyan qızı seçəcək, onları elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) üzrə təhsilə cəlb edəcək.

Layihəyə nəinki Türkiyədə yaşayan bütün 6-cı sinif qızları, həmçinin Suriya qaçqını olan 6-cı sinif qızları da qoşula bilərlər.

Şagirdlərin seçim mərasimləri Türkiyənin yeddi şəhərində həyata keçiriləcək. Aziz Sancar şəxsən Türkiyənin ucqar əyaləti Zonquldakdan İstanbula qədər müxtəlif universitetlərində bu məsələyə həsr olunmuş üç konfrans keçirəcək.

Aziz Sancarın bəyanatında deyilir: “Türkiyənin əyalətində doğulmuş bir insan kimi mən təhsilin gücünə inanıram. Yaxşı bilirəm ki, təhsil mənim həyatımda nələr edib. İstəyirəm, Türkiyədə və dünyadakı bütün qızların qarşısında mənim qarşımda olmuş imkan olsun.”

Proqramı maliyyələşdirənlər arasında Türkiyə Hava Yolları şirkəti də var.

Aziz Sancar 1982-ci ildən ABŞ-ın Şimali Karolina Universitetində professor və tədqiqatçıdır. O, Nobel mükafatını DNT-nin bərpası sahəsində araşdırmalarına görə alıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG